“Marsel” baş məşqçisiz qaldı

21.09.2023 17:11 207
Dünya futbolu
Son günlər Marselino Qarsiya Toral ilə bağlı yayılan xəbərlər doğru çıxıb. “Marsel” baş məşqçisi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, Qarsiya Toral, necə deyərlər, dilinin bəlasına düşüb.

Fransa klubunun rəsmi saytının məlumatında rəhbərliyin qərarına səbəb kimi 58 yaşlı mütəxəssisin sonuncu mətbuat konfransında “Marsel”in başbilənlərinin komanda üçün lazımi şəraiti yarada bilməməsi ilə bağlı açıqlamalar verməsi göstərilib. Bu səbəbdən Marselino ilə birlikdə onun köməkçiləri də istefaya göndərilib.

İspaniya mütəxəssis “Marsel”ə iyulda baş məşqçi təyin edilmişdi. Yeri gəlmişkən, komanda hazırda Liqa 1-də 5 oyuna 9 xalla 4-cü yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul