Rusiyalı tennisçi, dünyanın 10-cu raketkası Daniil Medvedev Kaliforniyadan Mayamiyə uçarkən baqajının itdiyini bildirib.
"Football-plus.az" xəbər verir ki, Mayamiyə start götürən “Masters” seriyalı turnirə qatılmaq üçün yollanıb. İdmançı sosial şəbəkə hesabında uçuşu həyata keçirən “United Airlines” aviaşirkətinə müraciət edib:
“Hey, “United”... Mənə kömək edin. Dünən Palm-Sprinqs hava limanından Floridaya uçdum, ancaq çantalarımdan heç biri gəlib çıxmadı. Onlar mənə Mayamidə çıxış etmək üçün lazımdı. Yardım edərsizmi?”.
Medvedev Mayamidəki turnirdə mübarizəyə 2-ci mərhələdən başlayacaq. Onun rəqibi Aleksandr Kovaçeviç (ABŞ) – Rey Sakamoto (Yaponiya) cütünün qalibi olacaq. Onu da xatırladaq ki, Medvedev bazar ertəsi, martın 16-da İndian-Uellsdə keçirilən turnirin finalında italiyalı Yannik Sinnerə uduzub - 6:7 (6:8), 6:7 (4:7).
Medvedevin paylaşımından az sonra çantalar tapılıb və sahibinə çatdırılıb...