Medvedev indiyə qədər 40 milyon qazanıb

2.02.2024 21:20 175
İdman
Rusiya tennisinin əsas ulduzu Daniil Medvedev karyerası boyunca mükafat kimi qazandığı pulun məbləğinə görə dünya tennisinin sabiq bir nömrəsi Mariya Şarapovanı arxada qoyub.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı rusiyalı “Australian Open”in finalında italiyalı Yannik Sinnerə uduzub.

Medvedev Melburnda keçirilən turnirdən 1,1 milyon dollarla ayrılmaqla karyerası boyunca qazandığı pulun məbləğini 39,2 milyona çatdırdı. 2020-ci ildə karyerasını bitirən Şarapova isə 38,7 milyonda dayanmışdı.