• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” premyer-liqa tarixində ən böyük cərimə ilə üzləşdi - “zadəganlar”ı niyə belə cəzalandırırlar?

Dünya futbolu

23-03-2026, 21:0

“Çelsi” Roman Abramoviçin klubun sahibi olduğu dövrdə yol verilən maliyyə pozuntularına görə İngiltərə premyer-liqası üçün rekord sayılan 10,75 milyon funt sterlinq (12,4 milyon avroya yaxın) məbləğində cərimələnib. Liqa həmçinin “zadəganlar”a 9 ay ərzində akademiyaya yenu oyunçu qəbul etmək, bir il ərzində əsas komandaya transfer etmək (şərti) qadağası qoyub.

Klub özü Abramoviçin “Çelsi”nin sahibi olduğu 2003-22-ci illər aralığındakı pozuntularla bağlı məlumat verib. Amerikalı biznesmen Todd Boulinin rəhbərlik etdiyi konsorsium 2022-nin mayında London klubunu alarkən sənədləri diqqətlə gözdən keçirib. Yoxlamanın nəticəsi sevindirici olmayıb: hüquqşünaslar vasitəçilərlə iş və oyunçulara yatırımlarla bağlı çoxlu qanun pozuntusu üzə çıxarıb. Yeni sahiblər auditin nəticələrini gizlətməyi lazım bilməyib, məlumatları tənzimləyici orqana çatdırıb.

2023-cü ildə UEFA kluba 10 milyon avro cərimə kəsib. Ardından İngiltərədə də araşdırma davam edib: İngiltərə Futbol Assosiasiyası (İFA) ötən ilin sentyabrında kluba 74 epizod üzrə ittiham irəli sürüb və indi İPL qərarını açıqlayıb. Yerli KİV-in məlumatına görə, “Çelsi” xal silinməsinə və hətta çempionatdan uzaqlaşdırılmağa qədər ən müxtəlif cəzalarla üzləşə bilərdi. Ancaq klubun istintaqla əməkdaşlıq etməsi sanksiyanın yüngülləşməsinə səbəb olub.

İPL-in sayyında yer alan açıqlamada deyilir:

"Premyer-Liqa klub keçmişdə mümkün qayda pozuntuları ilə bağlı könüllü məlumat verəndən sonra “Çelsi”yə münasibətdə iki ayrı intizam işi açıb. İstintaq müəyyən edib ki, 2011-18-ci illər aralığında klubla bağlı olan üçüncü şəxslər oyunçulara, qeydiyyatdan keçməmiş agentlərə və başqa üçüncü şəxslərə açıqlanmayan ödənişlər edib. Bu ödənişlər o dövrdə İPL də daxil olmaqla futbolu tənzimləyən orqanlara açıqlanmayıb. Ödənişlər “Çelsi”nin maraqlarına xidmət edib və klub tərəfindən həyata keçirilmiş kimi qəbul edilməli idi”.

Nəticədə İPL ilə “Çelsi” arasında belə razılıq əldə olunub: klub 10 milyon funt cərimə ödəyəcək və əsas komandaya transferlə bağlı birillik şərti cəza alacaq (bunun üçün iki il sınaq müddəti qoyulub). Londonlular akademiyaya oyunçuların qeydiyyatında yol verilən qayda pozuntularına görə daha 750 min ödəcəyək, həmçinin 9 ay ərzində yeniyetmə futbolçuları akademiyaya qəbul edə bilməyəcək.

“Reuters”in yazdığına görə, bu, İPL tarixində ən nəhəng cərimədi. Əvvəlki rekordu (5,5 milyon funt) 2007-ci ildə “Vest Hem” “müəyyənləşdirib”.

“Çelsi” İPL-in cəzasına operativ reaksiya verib:

"Klub 2022-ci ildə özünün müstəqil şəkildə məlumat verdiyi tənzimləmə pozuntularıyla bağlı Premyer-Liqa ilə razılığa gəldiyini məmnuniyyətlə təsdiqləyir. Daha əvvəl elan olunduğu kimi, “Çelsi” on il bundan əvvəl baş verən, natamam maliyyə hesabatları da daxil olmaqla mümkün qayda pozuntularıyla bağlı məlumatları bütün tənzimləyici orqanlara könüllü və şəffaf şəkildə açıqlayıb. Klub təfərrüatı Premyer-Liqanın saytında dərc olunmuş tənzimləmə şərtlərini tam qəbul edir”.

Bəs “Çelsi” konkret nədə ittiham olunur? “Çelsi”nin üçüncü şəxsləri maliyyələşdirməsi ilə bağlı qeyri-müəyyən ifadə altında Abramoviçin ofşor şirkətləri vasitəsilə maraqlı tərəflərə edilən ödənişlər gizlənir.

“The Times” qəzetinin məlumatına görə, xüsusilə 2013-cü ildə Samuel Eto’O və Villian ilə bağlı “Anji” ilə aradakı şübhəli sövdələşmələr araşdırılıb. Nəşr bu transferlər zamanı şübhəli ödənişləri təsdiqləyən sənədlər əldə edib. Həmin sənədlərə görə, Abramoviç özünün “Leiston Holdings” şirkəti vasitəsi ilə oyunçuların transferindən iki ay əvvəl Rusiya klubunun sahibi Süleyman Kərimovla bağlı şirkətlərin hesabına təxminən 12 milyon avro köçürüb.

ICIJ nəşrinin “Kipr məxfi materialları” adlı araşdırmasında başqa mübahisəli epizodlar da qeyd olunub. Bunlar arasında Dubaydakı bir “qapaq” şirkət vasitəsi ilə Eden Azarın agentinə 7 milyon avro ödənilməsi, eləcə də Aryen Robben, Branislav İvanoviç və Karlo Ançelottinin transferlərində iştirak edən agentlərə - Zoran və Vlado Lemiçlərə edilən çoxsaylı ödənişlər də var. Həmin qayda pozuntuları kritik hesab edilməsə də, belə əməliyyatlar “maliyyə feyr-pleyi”nə görə qəti qadağandı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-09-2025, 11:0

İFA “Çelsi”nin ünvanına 74 (!) ittiham irəli sürdü

Dünya futbolu

18-07-2025, 00:0

UEFA klublara böyük məbləğdə cərimə kəsdi

Dünya futbolu

2-08-2023, 13:0

UEFA “Çelsi”yə sanksiya verdi

Dünya futbolu

11-04-2023, 10:0

“Çelsi” 121 milyon funt sterlinq ziyana düşsə də...

Dünya futbolu

27-01-2023, 19:0

“Çelsi”dən İngiltərədə transfer rekordu - ARAŞDIRMA

Dünya futbolu

1-05-2022, 21:0

“Çelsi” satılır

Aktual
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
Son xəbərlər
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə