• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İFA “Çelsi”nin ünvanına 74 (!) ittiham irəli sürdü

Dünya futbolu

16-09-2025, 11:0

Premyer-liqada yeni mövsümə yetərincə inamlı başlayan, hətta çempionluğa iddialılar sırasında göstərilən “Çelsi”nin başı dərddədi.

Belə ki, İngiltərə Futbol Assosiasiyası (İFA) London klubuna agentlərlə, vasitəçilərlə iş, həmçinin danışıqlara 3-cü tərəfin cəlb olunması ilə şərtlənən pozuntularla bağlı 74 ittiham irəli sürüb. Bütün bu epizodlar kluba rusiyalı Roman Abramoviçin rəhbərlik etdiyi dövrdə həyata keçirilən transfer əməliyyatlarına aiddi. Söhbət 2009-2022-ci illər aralığında vasitəçilərlə iş və oyunçulara qoyulan investisiyalar baxımından qaydalara əməl olunmamasından gedir. Xüsusən də İFA-nın 2010/11 və sonrakı beş mövsüm ilə bağlı sualları çoxdu.

Xatırladaq ki, hələ ötən ilin martında Britaniya mediası klubun premyer-liqadan uzaqlaşdırılmağa qədər ən müxtəlif sanksiyalarla üzləşə biıəcəyi haqda yazmış, amma onda iş rəsmi ittihama qədər gedib çıxmamışdı. İndi isə İFA rəsmi şəkildə “Çelsi”dən 74 qayda pozuntusu ilə bağlı sentyabrın 19-na qədər izahat verməyi tələb edib.

Bəs klubun bu məsələ ilə bağlı mövqeyi necədi? Londonluların rəsmi açıqlamasında deyilir ki, 2022-ci ilin mayında Todd Boulinin konsorsiumu “Çelsi”ni alarkən maliyyə hesabatlılığı baxımından potensial problemlər aşkarlanıb. Yeni menecment özü həm İFA-nı, həm də premyer-liqanın rəhbərliyini, maliyyə tənzimləyicilərini bundan xəbərdar edib, onlar üçün sənədlərlə tanış olmaq imkanı yaradıb:

“Çelsi” bütün bu prosesin gedişində heç bir presedenti olmayan şəffaflıq göstərib, o cümlədən bütün fayllar və klubun arxiv materialları ilə tanışlıq imkanı yaradıb. Bu işin tezliklə başa çatdırılması üçün İngiltərə Futbol Assosiasiyası ilə əməkdaşlığı davam etdiririk. 10 ildən də əvvəl baş verən hadisələrə xüsusi diqqət yetirildiyi bu mürəkkəb işlə bağlı əməkdaşlığa görə İFA-ya rəsmi şəkildə minnətdarlıq edirik”.
Onu da vurğulayaq ki, “Çelsi” 2023-cü ilin iyulunda Roman Abramoviçin dövrünə aid “natamam maliyyə hesabatına” görə artıq UEFA-ya 10 milyon avro ödəyib. Qitə futbol qurumu onda klubun maliyyə pozuntuları ilə bağlı vaxtından əvvəl xəbər verməsini xüsusi qeyd etmişdi.

Premyer-liqanın icraçı direktoru Riçard Masters isə 2023-ün avqustunda təsdiqləmişdi ki, “tarixi” problemlərin təhqiqatı davam edir. Bu işə İFA da qoşulub ki, indi artıq rəsmi şəkilfə ittihamı açıqlayır.

Xatırladaq ki, Roman Abramoviç 2003-22-ci illər aralığında “Çelsi”nin sahibi olub. Klub onun dönəmində qızıl era yaşayıb: londonlular 5 dəfə İngiltərə çempionluğunu qazanıb, Çempionlar Liqasında və Avropa Liqasında qalib gəlib. Ancaq illər ötəndən sonra həmin dövrdə biznes əməliyyatlarının nə dərəcədə şəffaf aparılmasıyla bağlı suallar yaranıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-03-2023, 19:0

Abramoviçə ittiham irəli sürüldü

Dünya futbolu

4-04-2024, 15:0

Tonaliyə növbəti ittiham irəli sürüldü

Dünya futbolu

20-11-2023, 23:0

MS və “Çelsi” premyer-liqadan kənarlaşdırıla bilər

Dünya futbolu

13-03-2022, 14:0

Abramoviçə və “Çelsi”yə növbəti zərbələr

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

2-08-2023, 13:0

UEFA “Çelsi”yə sanksiya verdi

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə