MS Liqa kubokunu 9-cu dəfə qazandı – beşini Qvardiola ilə!

22.03.2026 23:28 11
Dünya futbolu
Bir qədər əvvəl İngiltərədə Liqa kubokunun final oyunu başa çatıb.

Həlledici oyunda premyer-liqada da çempionluq uğrunda mübarizə aparan “Arsenal”la “Mançester Siti” qarşılaşıb. O’Raylinin 60-cı və 64-cü dəqiqələrdə vurduğu qollarla qalib gələn “şəhərlilər” tarixində 9-cu dəfə Liqa kubokunu qazanıb. Bunlardan beşi Pep Qvardiolanın dönəminə təsadüf edib.

Liqa kubokunu ən çox (10) qazanan komanda isə "Liverpul"du.

Arsenal – Mançester Siti 0:2
Niko O’Rayli, 60; 64.