Türkiyə çempionatında 8-ci turun mərkəzi oyununda ''Trabzonspor'' ''Beşiktaş''ı 2:0 məğlub edərək Tomas Raysın başçılığı altında yüksəlişini davam etdirdi.
Bu oyunda bütün diqqətlər Məhəmməd Salaha yönəlmişdi. Çünki yayda misirli ulduz məhz ''Beşiktaş''a keçməyin biraddımlığında idi. Amma həmin vaxt Salahın menecerinin onun ikiillik maaşının 35 faizi qədər komissiya haqqı, yəni 8,4 milyon avro tələb etməsi, eləcə də Salahla bağlı satılan atributlardan faiz tələb etməsi üzündən danışıqlar uğursuzluqla yekunlaşmışdı. ''Beşiktaş'' başqanı Sərdal Adalı bu şərtləri qəbul etmələrinin mümkün olmadığını bildirərək ''bu mövsüm nələr olacağını hamımız görəcəyik'' açıqlamasını vermişdi.
Salah mövsümə fırtına kimi başlayıb. ''Beşiktaş''ın qapısına da yol topmaqla o artıq superliqada 8-ci qolunu vurdu və bombardirlər yarışında zirvəyə yüksəldi. Bu arada Salahın ''instaqram'' səhifəsindəki paylaşımı diqqət çəkib. O ''Beşiktaş''la oyundakı qol sevincini paylaşaraq ''yüzdə otuz beş'' sözünü yazıb. 34 yaşlı ulduz çox güman menecerinin 35 faizlik komissiya haqqına vurğu vuraraq ''ağ-qaralar''a acıq vermək qərarına gəlib.
Bundan başqa ''Trabzonspor'' da öz səhifəsində Salahın ''Beşiktaş''a yox, məhz onlara qismət olmasına dair çox maraqlı bir video paylaşıb.
Salah ''Beşiktaş''a acıq verdi - ''Yüzdə otuz beş...''
Dünya futbolu





