Cari mövsümdəki ilk Azərbaycan derbisi oktyabrın 17-də keçirildi. Oyun ətrafında möhtəşəm atmosfer var idi. Stadiona çoxlu azarkeş toplaşdı, dramatik axarda keçən bir oyun izlədik. 31 min yerlik “Bəhramov”a 13500 adam toplaşdı. Maraqlıdı, azarkeş sayında tərəflərdən hansı üstün idi?
Əslində bütün oyunöncəsi xəbərlər “Neftçi”nin bu göstəricidə rəqibi üstələyəcəyinə işarə idi. Axı paytaxt klubu oyun günü qapıarxası sektorlara (25, 26, 27, 28) 5500 bilet satdığını elan etmişdi. “Neftçi” üçün ayrılan qalan üç sektorun da 3130 yerik olduğunu nəzərə alsaq, məntiqlə stadionda 8000-dən artıq “ağ-qara” azarkeş olmalıydı.
Amma oyunu stadiondan və ekran arxasından izləyən hər kəs gördü ki, “Qarabağ” azarkeşlərinin sayı daha çox idi. 13500-dən 8000-ni çıxanda yerdə 5500 qalır. Göründüyü kimi, rəqəmlər üst-üstə düşmür. Çox güman, stadionda maksimum 5500 “Neftçi”, 8000 də “Qarabağ” azarkeşi olub. Deməli, sərlövhəyə çıxarılan sualın cavabı aydındı. “Neftçi” isə bu “məğlubiyyətin” əvəzini evdə çıxmalı olacaq.
İSRAYEL XEYRULLAYEV
Azərbaycan derbisi: azarkeş sayında kim üstün oldu?
Ölkə futbolu / Manşet





