Karyerasını 2024-cü ildə başa vuran sabiq çexiyalı müdafiəçinin hazırda 41 yaşı var. O, İstanbul nəhəngində 2013-16-cı illərdə olmaqla 3 mövsüm top qovub. Kadlets klubun illərdi düzgün idarə olunmadığına işarə vurub:
"'Fənərbaxça''nın çox pulu olmasına rəğmən orda hər şey həvəskar səviyyədə idarə olunur. Bunu dəfələrlə dilə gətirmişəm. Klubun bir konsepti, sistemi yoxdu. Əcnəbi bir məşqçi gəlir və öz konseptini gətirir. Amma bir neçə məğlubiyyətdən sonra onu qovurlar. Orda maaşlar bəzən vaxtında verilirdisə, bəzən də iki ay gecikdirilirdi. Ancaq sonradan bütün ödəmələri eyni anda edirdilər. 2016-da ailemin və dostlarımın yanında olmaq istədiyim üçün ''Sparta''ya keçdim. Məsələ yalnız puldan ibarət olsaydı, ''Fənər''də qalardım''.





