“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda Almaniya “Borussiya”sının (Dortmund) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.
“Sabah”ın U-19 komandası bundan əvvəl 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə 0:5, 2-ci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 0:3 hesabı ilə uduzub.
Hazırda xalı olmayan "Sabah" 36 komanda arasında 35-ci sıradadı.
"Sabah"ın gəncləri yenə "quru" hesabla uduzdu
Avrokuboklar





