U-15 millimizin dünya çempionatı üçün heyəti

20.10.2026 20:36 72
Ölkə futbolu
Ölkəmizdə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komandamızın heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, AFFA-nın mətbuat xidməti 14 futbolçudan ibarət heyəti açıqlayıb.

Qapıçılar: Oqtay Mehrəliyev, Said Bayramov

Müdafiəçilər: Məhəmməd Ağamalıyev, Emil Quliyev, Əkbər Nağıyev, Kənan Əzimov

Yarımmüdafiəçilər: Qafar Babayev, Sübhan Əlizadə, Həsən Məmmədov, Həsən Ramazanov, Asif Allahverdiyev, Müşfiq Zamanov

Hücumçular: Murad Məmmədzadə, Yusif Əlizadə.

FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı ildə Azərbaycanda təşkil olunacaq. Yarış 22-30 oktyabr tarixlərində keçiriləcək.