MY-dən “Real Sosyedad”a keçə bilər

2.08.2023 12:16 240
Dünya futbolu
Donni van de Beek “Mançester Yunayted”i tərk etməkdə qərarlıdı.

"Football-plus.az" xəbər verir ki, onun “Real Sosyedad”a yollanmaq şansı var. Doğrudu, klublar hələ ki mümkün transferlə bağlı razılığa gələ bilməyiblər. “Transfermarkt” portalı Donnini 13 milyon avro dəyərləndirir.

O, MY-də 2020-ci ildən çıxış edir. 26 yaşlı niderlandlı yarımmüdafiəçi ötən mövsüm premyer-liqada yalnız 7 oyun keçirib.