Liqa 1-də yeni təyinat

27.02.2026 19:48 18
Dünya futbolu
“Paris” baş məşqçi Stefan Gilli ilə yolları ayrıb.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin yayından Liqa 1 təmsilçisini çalışdıran mütəxəssis istefaya göndərilib.

Artıq “Paris”in yeni baş məşqçisi də müəyyənləşib. Bu vəzifəyə Antuan Kombuare gətirilib.

“Paris” hazırda Liqa 1-də 23 xalla 15-ci yerdədi.