Qaltye üçün son iki şans

6.04.2023 20:55 226
Dünya futbolu
PSJ baş məşqçi Kristof Qaltyeni istefaya göndərə bilər.

“Football-plus.az” xəbər verir ki, “Ekip” nəşrinin məlumatına görə, onun baş məşqçi vəzifəsindəki gələcəyi iki oyunun nəticəsindən asılı olacaq. Paris klubu şənbə günün “Nitsa”, gələn həftə isə “Lans”la qarşılaşacaq. PSJ-nin Liqa 1-də çempionluq perspektivi təhlükə altında olarsa, mütəxəssis qovulacaq.

Qeyd edək ki, PSJ hazırda 66 xalla 1-ci, “Lans” və “Marsel” isə hərəyə 60 xalla 2-3-cü yerdədi.