Luis Enrike ilə bağlı yeni qərar

9.12.2024 23:27 292
Dünya futbolu
Luis Enrikenin hazırkı iş yerində qalmaq ehtimalının azaldığı iddia edilirdi.

Çempionlar Liqasında uğursuz nəticələr göstərən PSJ-nin baş məşqçisinin tezliklə istefaya göndəriləcəyi iddia edilir. Artıq rəhbərlik onun gələcəyi ilə bağlı qərarını verib. Fransa mənbələrinin məlumatına görə, Paris klubu Enrikeni tam dəstəkləyir və PSJ-də məşqçi dəyişikliyi aktual məsələ sayılmır. Əksinə, rəhbərlik Enrikenin istəyi ilə qışda heyəti gücləndirmək niyyətindədi.

İspaniyalı məşqçi PSJ-ni 2023-cü ilin yayından çalışdırır. PSJ hazırda Liqa 1-in turnir cədvəlində 33 xalla liderdi. Komanda Çempionlar Liqasında isə 4 xalla 26-cı yeri tutur.