Gəncəlilərin “Qarabağ”la nə problemi var?

19.02.2026 11:13 111
Ölkə futbolu / Aktual
Misli premyer-liqasının 20-ci turunun “Kəpəz” - “Neftçi” matçının son 10-15 dəqiqəsində maraqlı məqam diqqətimizi çəkdi. Gəncəli azarkeşlər də “Forza Neftçi” ilə birgə “Qarabağ”ın ünvanına atmacalar atdı.

“Neftçi” azarkeşlərini anladıq, bəs gəncəlilərə nə olub?

“Xəmsə”nin rəhbəri Müşviq Məmmədovla əlaqə saxladıq, o, təmsil etdiyi fanklubun üzvlərinin heç nə demədiyini bildirdi.

Digər fanklubların da əlaqə nömrəsi yoxdu, fikirlərini öyrənə bilmirik. Çox maraqlıdı, gəncəlilərin Ağdam klubu ilə nə problemi ola bilər? Bununla bağlı heç bir məlumat tapa bilmədik. Yəqin gec-tez “Qarabağ”a nifrətlərinin səbəbini açıqlayarlar…

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul