ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan millisinin üzvü Nəriman Axundzadəni "Kolambus Kryu"ya (ABŞ) keçməsi münasibəti ilə təbrik edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarındakı paylaşımda bildirilib. Açıqlamada yazılıb:
"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ"ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudu. Eyni zamanda, “Qarabağ”a bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"