AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

22.01.2026 13:21 15
Ölkə futbolu
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının ıiqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” komandası üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Qarabağ” böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.