“Qarabağ”dan Nərimana jest! – o, “Kolambus Kryu”nun planını həyata keçirir

18.02.2026 10:39 72
Ölkə futbolu / Manşet
“Kolambus Kryu” ilə anlaşan Nəriman Axundzadə hələ ABŞ-yə yollanmayıb. “Football-plus.az”ın əldə etdiyi məlumata görə, gənc hücumçu Bakıdadı. O, “Qarabağ”ın Misli premyer-liqasının 20-ci turunda “İmişli”yə qarşı keçirilən oyununda Qubaya da getməyib.

Bəs, nə işlə məşğuldu? Məşqlərini davam etdirirmi? MLS təmsilçisinin düşərgəsinə qoşulmaqı üçün viza almaq prosesi nə vaxt yekunlaşacaq?

Bu sualları 21 yaşlı futbolçunun meneceri Tural Əsgərliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Bəli, Nəriman Bakıdadı. Məşqlərini “Qarabağ”ın düşərgəsində davam etdirir. Buna görə kluba təşəkkür edirəm. Çünki Nərimanın “Kolambus Kryu”nun xüsusi proqramı əsasında məşq etməsinə şərait yaradılıb. Klublar bir-biriylə əlaqədədi. Nərimanın fevralın sonlarında ABŞ-yə yollanacağı gözlənilir”.

Xatırladaq ki, “Kolambus Kryu” Nərimanla 3,5 illik müqavilə imzalayıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul