Eldar Zülfüqarov CEV Çempionlar Liqasının oyununda

17.02.2026 10:21
İdman
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV Çempionlar Liqasının oyununda baş hakim olacaq.

"Football-plus.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Olympiacos Piraeus” (Yunanıstan) və “Numia Vero Volley Milano” (İtaliya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.