Azərbaycanlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat aldı

14.03.2023 20:00 236
Çempionlar Liqası
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.