Azərbaycanlı hakim Türkiyə klubunun oyununda

16.01.2023 12:56 265
İdman
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

Football-plus.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fenerbahçe Opet” (TUR) - “Allianz MTV Stuttgart” (GER) klublarının qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi funksiyasını rumıniyalı Paul Catalin Szabo-Alexi yerinə yetirəcək.