• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, "Qəbələ" fərqlənəcəkdi” – Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

16-02-2026, 20:0

Misli premyer-liqasının 20-ci turunda “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib - 1:0.

Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçici Valdas Dambrauskas media önünə çıxıb.

- Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadı. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdi. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdi. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq.

- Lider olmaq komandanın üzərində təzyiq yaratmır?
- Sadəcə, növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik.

- Sizin ölkəniz Litvada çempionluq mübarizəsi aparan komandanın çempionat oyunu avrokubok matçına görə təxirə salınsaydı, ictimaiyyət necə reaksiya verərdi?
- Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdi. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsinin oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu belə olmalıdı, ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. "Neftçi" və "Qarabağ" köklü klublardı. Biz daha çox özümüzə köklənirik. "Qarabağ"ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belədə daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm.

- İngiltərədə məşqçi kimi çalışmısız. "Nyukasl" qarşısında "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiz?
- Üzr istəyirəm, amma mən bu suala cavab verməyəcəm.

- "Qarabağ"ın təcrübəsi çoxdu, amma "Sabah" uğura acdı. Sizcə, çempionluq mübarizəsində hansı amil həlledici ola bilər?
- Yenə eyni suala qayıdırıq. Məndən turnir cədvəlinin necə olacağını soruşursuz. Hələ qarşıda 13 oyun var. Çempionluq yarışında olsaq da, biz daha çox özümüz özümüzlə yarış içindəyik, mübarizə aparırıq. Daha çox özümüzə köklənirik, səhvlərimizin üzərində işləyirik. Nələrin baş verəcəyini mayın sonunda biləcəyik.

- Millətlər Liqasında Azərbaycanla Litva eyni qrupa düşüb. Şansları necə dəyərləndirirsiz?
- Harda işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidi. Litva millisində çoxlu keyfiyyətli oyunçu var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. "Selye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadı. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

- "Qəbələ"nin ləğv olunan qolu ilə bağlı fikirləriniz necədi?
- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. "Sumqayıt"la matçda VAR əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, "Qəbələ" fərqlənəcəkdi. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-01-2026, 20:0

"Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

8-02-2026, 19:0

"Ölkə futbolu ancaq “Qarabağ”dan aslı deyil" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

13-12-2025, 19:0

"İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız?" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

4-02-2026, 23:0

“Biz bu gün səviyyəmizdən aşağı çıxış etdik” – Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

29-11-2025, 17:0

"Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

19-10-2025, 20:0

"Rəqibə bir zərbə üçün belə şans vermədik" - Valdas Dambrauskas

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 164
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə