• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Nyukasl"la oyuna hazır olmayacağıq" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

14-02-2026, 18:0

"Qarabağ" Misli premyer-liqasının 20-ci turunda "İmişli"nin meydanından qələbəylə ayrıldı- 1:0.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizə, bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik etdilər. "İmişli"yə uğurlar arzulayıram.

- Meydançanın durumu komandanın oyununa nə dərəcədə təsir etdi?
- Meydança yox idi ki... Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün əvvəl İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdı, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada "Nyukasl"la oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndi. Meydança müzakirə olunası mövzudu. Burda təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi.

- Mateuş Koxalskinin adının iştirak ərizəsində olmamasının səbəbi nədi?
- Yüngül zədəsi var idi. Dünən məşqdə zədələnib. Sabah dəqiq bilinəcək.

- Leandro Andrade oyundan çıxanda axsayırdı. Onun durumu necədi?
- Baxacağıq. Meydança elədi ki, bilmirsən nə zədəsidi. O da sabah bilinəcək.

- Əvəzetmələri meydançanın durumunu nəzərə alıb etdiz?
- Həm hadisələrin axarına görə, həm də ötən matçda 90 dəqiqə meydanda olanları axıra qədər meydanda saxlamadıq. "Şamaxı" ilə görüş süni örtüklü meydançada idi. Son iki matçda futbolçular 4 oyunluq yükləndilər. Belə komandalar 90 dəqiqə müdafiə olunur. Buna görə futbolçular güc itirir.

- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodu necə dəyərləndirirsiz?
- Nə bilim. Deyəcək söz yoxdu. Futbol mübarizə oyunudu. Rəqib Kadini əli ilə saxladı. O da insandı. Əlini atır ki, buraxsın. Hakim dərhal qırmızı vərəqə verir. Ola bilər kontakt olub. Amma epizodun əvvəlinə baxmaq lazımdı. Bəlkə də hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil. Cavid Cəlilov heç epizoda baxmırdı. Mən də sonradan baxdım. Əvvəlki oyunda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilmədiyi üçün çox müzakirə olundu. Hakimlər yəqin ehtiyat edirlər. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidilər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, "İmişli" yeni komandadı, stadionu yoxdu. Burda oynayırlarsa, onda burda da məşq etsinlər. Özləri niyə burda məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdu. Sadəcə istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm.

- AFFA İcraiyyə Komitəsinin üzvüsüz. İclaslarda bu məsələ ilə bağlı təkliflər verə bilərsiz?
- Meydança məsələsi İcraiyyə Komitəsində həmişə müzakirə olunur. Hər klubun öz stadionu olmalıdı. "Karvan-Yevlax"la "İmişli" premyer-liqaya buraxılanda onlara infrastrukturunun yaxşılaşdırılması üçün 1 il möhlət verildi. İcraiyyə Komitəsi gəlib meydançanı düzəltməli deyil. Lisenziyalaşdırma departamenti baxmalıdı, qərar verməlidi. Futbolçular güc sərf edirdilər, amma qaça bilmirdilər. Çox məyusam. Son vaxtlar futbolda bu qədər məyus olmamışdım. Belə olmaz.

- "Neftçi" ilə oyunun təxirə salınmasından sonra sosial şəbəkələrdə sanki "Qarabağ"a qarşı aqressiya var. Siz necə düşünürsüz?
- Hamımız azərbaycanlıyıq. Dünya futbolunda olan mövzudu. Hansısa komandanın üzərinə daha çox gedirlər. Normal şeydi. Bəlkə də intriqa belə böyüyür. İnanmıram ki, bizə qarşı nəsə olsun. Uğuru olan komandaya qarşı belə şeylər daha çox olur. Amma böyük futbola bir az hörmətlə yanaşmaq lazımdı. Azərbaycanı dünyada hamı tanıyır. Sosial şəbəkələrdə gedən müzakirələrə o qədər də fikir verməyək.

- "Nyukasl"la oyundan gözləntiləriniz nədi?
- Mübarizə aparacağıq. "Nyukasl" sürətlidi. Premyer-liqa komandasıdı, danışmağa ehtiyac yoxdu. Son iki oyunda "Nyukasl"la matça normal hazırlaşa bilmədik. Bu iki matçda 1000 ötürmə etməli idik, amma heç 500 ötürmə edə bilmədik. İstədiyim hücumları qura bilmədim. Amma təcrübə var. İlk dəfə deyil. Sadəcə heç vaxt belə hazırlıq olmamışdı. Təxminən 20 dəqiqə 10 nəfərlə oynadıq. Futbolçular əlavə güc sərf etdi. İnşallah yaxşı olar.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-02-2025, 21:0

"Bu cür oyunlarda belə davranışlara yol vermək olmaz" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

3-03-2025, 21:0

"Növbəti mövsümü düşündüyümü desəm, yalan danışaram" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

8-03-2025, 23:0

"Belə xoşagəlməz hadisənin yaşanmasını istəməzdim" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

10-02-2026, 18:0

"Oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

26-09-2025, 23:0

"Bəzi məqamlardan narazı qaldım" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

1-11-2024, 21:0

“Rəqibin bizə xoş olmayan oyun üslubu var” – Qurban Qurbanov

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə