Klubu ilə müqaviləsini yenilədi

12.02.2026 10:53 9
Dünya futbolu
Ruben Neveş hazırkı komandasında daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, o, “Əl-Hilal” rəhbərliyinin yeni təklifini qəbul edib. Səudiyyə Ərəbistanı klubunun rəsmi saytının yaydığı xəbərə görə, portuqaliyalı futbolçunun müqaviləsinin müddəti uzadılıb. Yeni anlaşmaya əsasən, 28 yaşlı futbolçu 2029-cu ilə qədər komandasının şərəfini qoruyacaq.

Ruben bir dəfə Kral Kuboku, Səudiyyə Ərəbistanı çempionatı, iki dəfə ölkə Superkuboku və Ər-Riyad Mövsüm Kubokunun qalibi olub.