Çempion məşqçi ilə müqavilə yeniləndi

31.05.2024 20:15 144
Dünya futbolu
Jorje Jezuş “Əl-Hilal”ı daha uzun müddət çalışdıracaq.

“Football-plus.az” cəbər verir ki, o, Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Əl-Hilal” 69 yaşlı məşqçinin rəhbərliyi altında son mövsüm Səudiyyə Ərəbistanı çempionu olub.