Zamiqin komandası kubok oyununda qalib gəldi

11.02.2026 20:22
Dünya futbolu
Albaniya Kubokunda 1/4 final mərhələsinin ilk matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta"nın qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Zamiq sonadək komandasına kömək edib.

Cavab qarşılaşması martın 3-ü baş tutacaq.