Zamiqin komandası xal itirdi

16.03.2025 11:55 5
Dünya futbolu
Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya" Albaniya Superliqasında 30-cu tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Zamiq meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 45+4-cü dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb.

“Eqnatiya” 54 xalla liderdi.