Zamiqin komandası evdə uduzdu

28.09.2024 12:37 171
Dünya futbolu
Albaniya superliqasında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Partizani”ni qəbul edib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Start heyətində meydana çıxan Zamiq sona qədər oynayıb. O, 56-cı dəqiqədə sari vərəqə alıb. "Eqnatiya" 11 xalla 3-cüdü.