Zamiq oynadı, komandası qalib gəldi

26.08.2024 11:55 303
Dünya futbolu
Albaniya superliqasında 2-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu tur “Laçi”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Start heyətində meydana çıxan Əliyev sona qədər oynayıb.

Hazırda "Eqnatiya" 6 xalla liderdi.