Zamiqin komandası liderliyini davam etdirir

31.03.2025 20:39 4
Dünya futbolu
Albaniya superliqasında 32-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Bülis"in qonağı olub. Qarşılaşma "Eqtaniya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev matça start heyətində başlayıb və sona qədər meydanda qalıb. O, görüşün 66-cı dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 58-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir. İkinci yerdə olan Tirana "Dinamo"sunun 54 xalı var.