Xuan Ernandes “Barselona” ilə müqaviləsini yeniləyib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Yeni müqavilədə müddətin sonradan daha bir il uzadılmasının mümkünlüyü ilə bağlı bənd də nəzərdə tutulub.
Ernandes 2020-ci ildə “Saraqosa”nın akademiyasından “Barselona”ya keçib. O, cari mövsümdə “Barselona B” komandasının heyətində 20 matça çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Yeniyetmə futbolçu eyni zamanda əsas komandanın 4 oyunu üçün də sifariş ərizəsinə daxil edilib.