“Barselona”da daha iki yeni müqavilə

20.02.2025 20:02 310
Dünya futbolu
“Barselona” rəhbərliyi yaxın gələcəkdə də komandanın özəyini təşkil edəcək futbolçuları qorumaq siyasətini davam etdirir. Pedridən sonra daha iki oyunçu ilə müqavilə yenilənib.

İspaniya klubunun saytının məlumatına görə, Pau Kubarsi ilə sözləşmənin müddəti 2029-cu ilin yayına qədər artırılıb.

18 yaşlı müdafiəçi “Barselona”nın yetirməsidi. O, əsas komandada 2024-cü ilin yanvarında debüt edib. Yeniyetmə futbolçu ötən bir il ərzində göy-qırmızı formada meydana çıxdığı 60 oyunda 4 məhsuldar ötürmə edib.

Jerar Martin də “Barselona” ilə yeni müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına qədərdi. Jerar “Kornelya”nın yetirməsidi. O, “Barselona”nın əsas komandasında 2024-cü ildə debüt edib.

Bundan əvvəl Kataloniya klubunun əvəzedicilərdən ibarət komandasında çıxış edən Martin bu mövsüm ölkə çempionatında 14 oyun keçirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul