“Arsenal”da yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin qalibi Viktor Dyökereş olub.
Səslərin 48 faizini toplayan isveçli hücumçu Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini geridə qoyaraq birinci olub.
Ötən ay “topçular”ın heyətində 8 oyuna çıxan Dyökereş komandası üçün 4 qol və 2 məhsuldar ötürmə ilə faydalı olub.