Klubunda hamını arxada qoydu

12.12.2023 15:57 165
Dünya futbolu
“Arsenal”da noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

İngiltərə klubunun saytının yaydığı xəbərə görə, bu nominasiyanın qalibi Kay Haverts olub. Almaniyalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Bukayo Saka, Leandro Trossard və Vilyam Salibanı qabaqlayıb.

Haverts noyabrda meydana çıxdığı 6 matçda 2 qol vurub.