Lionel Messiyə klubunda böyük sərbəstlik verilib. DÇ-2026-ya hazırlıq məqsədilə ulduz futbolçunun “İnter Mayami”dəki məşq proqramında ciddi dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı hücumçu Argentina yığmasının maraqlarını klub karyerasından üstün tutmağa qərar verib.
Messi qarşıdan gələn dünya çempionatında zədə problemi ilə üzləşmədən iştirak etmək üçün məşq planına yenidən baxmağı lazım bilib. Yeni proqrama əsasən, ulduz futbolçu fiziki yükləmələr və sürət çalışmaları əvəzinə bərpa prosesinə daha çox vaxt ayıracaq. Həmçinin Lionel hansı oyunlarda meydana çıxacağına və nə vaxt istirahət edəcəyinə şəxsən özü qərar verəcək. Bu tədbirlər onun mundialı buraxmaq riskini minimuma endirmək üçün görülüb.
Xatırladaq ki, Messi bir müddət əvvəl bu yay keçiriləcək dünya çempionatının onun üçün sonuncu olacağını açıqlayıb. Argentina yığmasında indiyədək 196 oyun keçirib 115 qol vuran Lionel 2022-ci ildə keçirilən sonuncu dünya çempionatının və Amerika Kubokunun ikiqat qalibidi.