Messi DÇ-2026-da iştirak edəcək?

19.06.2023 14:59 268
DÇ 2026
Lionel Messi növbəti mundialda iştirak perspektivi ilə bağlı sualı cavablayıb.

"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu DÇ-2026-da çıxış etmək niyyətində deyil.

Argentina yığması ilə DÇ-2022-nin qalibi olan Messi bugünlərdə verdiyi açıqlamada Qətərdə keçirilən mundialın onun üçün sonuncu olduğunu söyləyib. 2026-cı ilə planlaşdırılan dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Lionel növbəti belə turnirdə iştirak etməyəcəyi ilə bir neçə gün əvvəl səsləndirdiyi fikirləri şərh edib. 35 yaşlı futbolçu “TyC Sports”a belə açıqlama verib:

"Yaşıma və vaxta görə orda oynamaq mənim üçün çətin olacaq. Qarşıda hələ seçmə mərhələnin oyunları, Amerika Kubokunun matçları var. Odu ki, növbəti dünya çempionatı haqda düşünmək hələ tezdi”.