• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçan sərçələr və …sabah haqqında

Aktual / Ölkə futbolu

30-01-2026, 21:0

əvvəli: burda

2-ci yazı
Yox, hələ başqa deyəcəklərim də var.

Eyni ilə ötən əsrin 68-80-ci illərinin “Neftçi”si kimi “Qarabağ”ın nəticələri də bu gün respublikanın “istehsalat göstəricilərini” (guya istehsalat var da!), ümumi ab-havanı, adamların əhval-ruhiyyəsini müəyyənləşdirən barometrdi. Hələ o hər qələbəni, hər qolu, hər seyvi sevinc göz yaşları ilə qarşılayan cocuqlar, Vətənin gələcəyi olan körpə fidanlar var e, məğlubiyyətə elə üzülürlər ki, adamın üzərinə sanki lay divar çökür. Bəli, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki qələbələri ilə həm də vecsiz yığması olan ölkənin futbolunun ölmədiyini, ayaqda olduğunu, irəlidə parlaq günlərin ola biləcəyini göstərir.

Dünən, bu gün yazdıqlarımla “Qarabağ”ın müasir Azərbaycanın həyatındakı, kültüründəki, hətta adamların yaşam tərzindəki əlahiddə rolunu anlatmağa çalışdım. Bacardımsa, nə yaxşı, bacarmadımsa, yazını tamamlayırmış kimi əlavə edərsiz.

Amma və lakin... Ortada bir qorxunc “Enfild” məğlubiyyəti var. Və həmin məğlubiyyətə görə bu gün ilk yazıda “Qarabağ” vurğunları” adlandırdığım qrupun “Realist “Qarabağ”lılar”ın ünvanına hərzə-hədyan danışmasının, “pley-offa vəsiqəni unudub, bu məqamı qabartmağınız gülüncdü”, “Qarabağ”ı gözünüz götürmür” kimi ifadələr işlətməsinin heç bir əsası yoxdu. Axı o acı məğlubiyyəti necə qəbul etmək olar?! Bu iki fərqli xətti necə bir-birinə qarışdırırsız?!

Meydanda əvvəlki 7 oyunda gördüyümüz “Qarabağ”dan əsər-əlamət yox idi. Təsadüfi deyil ki, “Liverpul” məhz bu oyunda rəqib qapısına zərbə sayına (38!) görə ÇL-in son 10 ilinin rekordunu müəyyənləşdirdi. Elə bir futbolçu yoxdu ki, az-çox normal oynadığını deyək. Bilirəm, çoxları Medinanın adını çəkir. 6 qol buraxan komandanın müdafiə xəttini necə fərqləndirmək olar – bilmirəm və bilmək də istəmirəm. Çünki futbola belə yanaşmanın heç bir elmi-məntiqi-praqmatik əsası yoxdu.

Və futbolçularının, komandasının potensialına bələd olan Qurban Qurbanov 0:6-ya görə paltardəyişmə otağında yetirmələrinə hər cür acı söz deyirsə, məğlubiyyəti sorğulayırsa, narazı qalırsa, mən – sıravi jurnalist, azarkeş nədən pley-offa vəsiqənin parıltısına kor olub, o mənhus oyunu unutmalıyam? Düzdü, Qurban bəy oyunsonrası mətbuat konfransında uğursuzluğu futbolçuların arxayınlığı ilə izah edib. Amma belə arxayınlıq olubsa, birmənalı şəkildə hörmətli baş məşqçi günahkardı!
Gəlin razılaşaq ki, 2-ci qolun vurulduğu 21-ci dəqiqədən sonra “Liverpul”la oyun bizim üçün bitdi. Ekrandan Tural Dadaşov tez-tez turnir cədvəlindəki durumu xatırladır, biz isə ona da inanmırdıq; milyonlarla azərbaycanlı “soccerstand”, “livescore” və başqa bu tipli statistika saytlarına hücum çəkirdi ki, necəsə, hansı yollasa “Qarabağ”ın ilk 24 pillədən aşağı düşməsinə “imkan verməsin”. Yaxşı ki sonda başqa oyunlarda istəmədiyimiz nəticələr qeydə alınmadı, son tur ərəfəsində pley-off şansı 96 faizlə dəyərləndirilən “Marsel”in acı taleyini yaşamadıq. Və nə yaxşı ki biz yola davam edirik.

Müstəqilliyə qovuşduğumuz gündən bəri ÇL-in əfsanəvi himnini dinləyəndə arzulayırdıq ki, bir gün bizim də qapıda belə toy çalınsın, bax, o yolu deyirəm. Qarşıda bizi sabah, yeni gün gözləyir. Güman ki, “sabah” anlayışı altında, məsələn, “Nyukasl”la pley-off oyunlarından danışacağımı fikirləşirsiz. Yox, mən dairəni bir qədər geniş götürəcəm.

ORXAN

(davamı sabah gecə olacaq)

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

30-01-2026, 00:0

Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçan sərçələr və …sabah haqqında

Manşet / Avrokuboklar

17-09-2025, 11:0

Prezident “Qarabağ”ı təbrik etdi

Ölkə futbolu / Manşet

25-02-2024, 13:0

Stadiona ad qoymaq vaxtıdı? – Fazil Mustafanın təklifinə sözardı

Ölkə futbolu

6-11-2025, 12:0

Azərbaycan derbisinə doğru: həm futbolçu, həm baş məşqçi

Ölkə futbolu

8-11-2025, 14:0

"Qarabağ və "Neftçi" arasındakı oyunların böyükhesablı nəticələri

Yazarlar / Manşet

6-11-2025, 14:0

“Qarabağ” niyə bu qədər çox sevilir? – gecə 12-dən sonranın yazısı

Aktual
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Son xəbərlər
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
Daha çox
Oxunub: 274
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə