Türkiyə çempionatında çıxış edən ''Samsunspor''un başqanı Yüksəl Yıldırım eyni zamanda Fransanın 2-ci divizionunda mübarizə aparan ''Dyunkerk''in də sahibidi.
"Football-plus.az" xəbər verir ki, bu klub tarixinin ən bahalı satışını reallaşdırıb.
Belə ki, Cessim Yasin Liqa-1 təmsilçisi ''Strasbur''a transfer olunub. ''Dyunkerk'' bu satışdan 7 milyon avro qazanaraq şəxsi rekordunu yeniləyib. 20 yaşlı vinger 2025-in yayında Mərakeş yığması ilə 20 yaşlılar arasında dünya çempionatının qalibi olub.
''Transfermarkt''a görə dəyəri 6 milyon avro olan Yasin 2024-dən ''Dyunkerk''in şərəfini qoruyurdu. Bu mövsüm o, 15 rəsmi oyunda ümumilikdə 919 dəqiqə meydanda olub və aktivinə 3 qol, 8 məhsuldar ötürmə yazıb.
''Dyunkerk'' 19 tura topladığı 33 xalla 4-cü pillədə qərarlaşıb və Liqa-1-ə yüksəlməyə namizədlərdən biridi.