UEFA PSJ-ni cəzalandıra bilər

22.10.2026 14:57 36
Dünya futbolu
Azarkeşləri PSJ-ni çətin vəziyyətə salıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun PSJ ilə oyunundan (2:4) əvvəl Paris klubunun azarkeşlərinin nümayiş etdirdiyi pankarta görə UEFA-ya şikayət edib.

Fransalı azarkeşlər “Park de Prens” stadionunda üzərində Kataloniya klubunun loqosunu zəncirlə deyil, mişarla doğrayaraq parçalayan, “Texas qətliamı” filmindəki Dəriüzən obrazına bənzəyən PSJ tərəfdarının təsvir olunduğu nəhəng pankart açıblar. Bannerin üzərində fransız dilində “Massacre a la parisienne” (“Paris üslubunda qətl”) ifadəsi yazılıb.

Bundan başqa, stadionda “Puta Barça” (“Barselona”ya qarşı təhqiramiz ifadə) şüarı yazılmış pankartların da olduğu bildirilib.

PSJ - “Barselona” matçı meydan dahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.