Vieyra İtaliyaya qayıdır

22.11.2024 11:53 381
Dünya futbolu
“Cenoa”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

Alberto Cilardino uğursuz nəticələrə görə istefaya göndərilib. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu Patrik Vieyra ilə müqavilə imzalayacaq. 48 yaşlı mütəxəssisin artıq bu həftə işə başlayacağı bildirilir. Vieyranın futbolçu həyatında İtaliyada “Milan”, “Yuventus” və “İnter” kimi nəhəng klubların formasını geydiyini xatırladaq.

“Cenoa” hazırda A seriyasında 12 oyuna 10 xalla 17-ci yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul