Noa Okafor “Milan”ı tərk edir.
"Football-plus.az" xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, “Lids” isveçrəli vingerin keçidini həll edib. Noa “Lids”lə “4+1 il”lik müqavilə imzalayacaq. Premyer-liqa təmsilçisi Okafor üçün “Milan”a 21 milyon avro təzminat ödəyəcək.
Yeri gəlmişkən, Noa ötən mövsümün ikinci yarısında icarə əsasında “Napoli”də çıxış edib.