London klubu ilə anlaşdı

3.01.2024 10:52 222
Dünya futbolu
“Tottenhem” heyətinə yeni oyunçu cəlb etməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, London klubu “Cenoa”nın müdafiəçisi Rade Drequşin ilə anlaşıb.

İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, “Tottenhem” rəhbərliyi İtaliya klubu ilə razılığa gəlməyə çalışır. “Cenoa” Radenin satışından 30 milyon avro irəli düşmək istəyir. İngiltərə klubu isə transferi 25 milyon avroya reallaşdırmağı planlaşdırır.