“Mançester Siti”də daha bir ciddi zədə faktı qeydə alınıb. Ruben Diaş və Yoşko Qvardioldan sonra Savinyo da sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola vingerin zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Braziliyalı futbolçu yanvarın 1-də premyer-liqada “Sanderlend”ə qarşı keçirilən oyunda zədələnərək əvəzlənmişdi. Onun nə qədər müddətdə heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola belə deyib: