Təxminən 2-3 həftə “dincələcək”

16.02.2024 14:32 174
Dünya futbolu
“Mançester Siti”nin oyunçusu Yoşko Qvardiol zədələnib.

Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib. O, 21 yaşlı müdafiəçinin təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib. Yosko topuq bağından zədə alıb.

Yeri gəlmişkən, Qvardiol bu mövsüm 29 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.