• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Camaat şir-pələng saxlasa da... - KÖŞƏ

Yazarlar / Manşet

7-01-2026, 22:0

Fransa çempionatının 17-ci turunda PSJ doğma meydanda “Paris”i qəbul edirdi. Paris derbisində favorit sayılan meydan sahibləri 2:1 hesabıyla qalib gəldi. Bununla da liderlik kürsüsünü əldən vermiş PSJ 1-ci pillədəki “Lans”ı izləməyə davam etdi.

Birincilik uğrunda mübarizə aparan bu komandalar arasında xal fərqi indi birə bərabərdi. PSJ hazırda Avropanın ən güclülülərindəndi, qatıldığı bütün turnirlərdə favorit sayılır. Bu komandanın bizim üçün maraqlı olan daha bir cəhəti odu ki, PSJ-nin heyətində qonşu Gürcüstan futbolunun təmsilçisi Xviça Kvaratsxeliya forma geyir. Düzdü, sonuncu qarşılaşmada gürcü futbolçu ehtiyatda qaldı, meydana çıxmadı. Amma məlum məsələdi ki, PSJ-nin baş məşqçisi Luis Enrike zəif rəqiblə qarşılaşmada aparıcı futbolçuların köməyinə ehtiyac duymayıb. Təcrübəli çalışdırıcı ehtiyatda saxladığı Xviçaya bu bayram günlərində istirahət üçün əlavə imkan yaradıb.

Hələ irəlidə çox oyun var, məlum məsələdi ki, Kvaratsxeliya bundan sonra PSJ-nin qələbələrində pay sahibi olacaq. Bununla da gürcü futbolçu Avropadakı legioner karyerasını uğurla davam etdirəcək. Eləcə də Qafqazın digər ölkələrinin dünyanın dörd bir yanına səpələnmiş legionerləri. Kvartsxeliya bu çoxsaylı futbolçulardan yalnız biridi. Heç şübhəsiz, ən tanınmışdı. Amma başqalarının da günü heç də pis deyil. Hərəsi bir klubda başını aşağı salıb futbolunu oynayır. Son vaxtlar bizə heç də yad sayılmayan Özbəkistanın yetirməsi olan futbolçular da özlərini ən yaxşı tərəfdən göstərirlər. Özbək futbolçuların sorağı İngiltərədən, İtaliyadan, hətta qardaş Türkiyədən gəlir. Çox təəssüf ki, məşhur misrada deyildi kimi, imzalar içində imzamız yoxdu.

Yeni ilin ilk günlərində yenidən bu qanqaraldıcı mövzuya toxunmağım səbəbsiz deyil. Təəssüf ki, illər bir-birini əvəzləyir, yaşımızın üstünə yaş gəlir. Di gəl ki, azərbaycanlı futbolçuların legioner kimi uğur qazanmasına bəslədiyimiz ümidlər doğrulmur, qulağımız hələ də xoş soraq arzusundadı. Yaxşı yadımdadı, Emin İmaməliyevin “Trabzonspor”ın təlim-məşq toplanışına dəvət olunmasını, “Qaradəniz fırtınası” ilə birlikdə hazırlıq keçməsini TRT ekranında görəndə xeyli sevinmişdim. Onda mənim heç 20 yaşım olmazdı. O zamandan bəri Kamran Ağayevdən tutmuş Mahir Emreliyə kimi neçə-neçə azərbaycanlı futbolçunu xaricə böyük ümidlərlə yola salmışıq. Təəssüf ki, bu futbolçuların heç biri ümidlərimizi doğrultmayıb. Hər dəfə də ümidlərimizi növbəti dəfəyə saxlamışıq.

Buyurun, hazırda Avropada karyerasını davam etdirən iki futbolçumuzdan gələn xəbərlərə diqqət yetirək. Birincisi Mahir Emrelidi. Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun iki-üç həftə sonra meydana çıxa biləcəyi gözlənilir. Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu əlavə testlərdən keçəcək. Bu yerdə onu da xatırladaq ki, həmyerlimiz ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında 2-ci bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Yayda böyük ümidlərlə Xorvatiyaya yola saldığımız Rüfət Abdullazadə ilə bağlı da ürəkaçan nəsə yoxdu. Rüfət sonuncu dəfə noyabrın 9-da meydanda olub. Özü də cəmi bir dəqiqə. O zamana qədər olan statistika da gələcəyə ümidlə baxmağa əsas vermir. Bəlkə də elə bu statistikaya görə Abdullazadə məşqçinin etimadını qazanmağa çətinlik çəkir. Belə ki, Rüfət ilk 18 turda cəmi 9 matçda forma geyib və cəmi iki məhsuldar ötürməylə yadda qalıb. Həmyerlimizin vurduğu yeganə qol isə ölkə kubokuna təsadüf edir. Bu gedişlə Rüfətin tezliklə “Kəpəz”də peyda olacağı gözləniləndi.

Bir sözlə, qonşularımız şir-pələng saxlayır, soraqları PSJ-dən, “Mançester Siti”dən, “Liverpul”dan gəlir. Bizimkilərin isə günü ehtiyat oyunçular skamyasında keçir. Nə qədər ki, bu durum acı reallıqdı, milli komandalarımızın nəticələrində də müsbət dəyişiklik gözləməyə dəyməz.

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-06-2024, 18:0

Kaşiya Xviça üçün nümunədi

Dünya futbolu

15-03-2024, 15:0

Xviça hər yerdə oynaya bilər!

Dünya futbolu

18-09-2024, 19:0

Kvaratsxeliya qalacaq, yoxsa gedəcək?

Dünya futbolu

20-03-2023, 11:0

Kvaratsxeliya 16 ildən sonra ilkə imza atdı

Dünya futbolu

20-01-2025, 15:0

Xviça Parisə hansı şərtlərlə yollanır?

Dünya futbolu

14-02-2025, 21:0

Darmadağın olan “Monako” 3-cü pilləni də əldən verdi - İCMAL

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə