Kaşiya Xviça üçün nümunədi

15.06.2024 18:56 353
Dünya futbolu
AÇ-nin debütantı olan Gürcüstan yığmasının “Napoli”də çıxış edən yarımmüdafiəçisi Xviça Kvaratsxeliya milli komandada kimdən nümunə götürməsi haqda danışıb:

“Komandamızda təcrübəli və gənc oyunçuların yaxşı vəhdəti yaranıb, çox həmrəyik. İstənilən rəqiblə mübarizə aparmağa qadir olan böyük komandaya çevrilmişik. Quram Kaşiya hər birimiz üçün yaxşı nümunədi. O, bizdən böyük və təcrübəlidi, ancaq hər gün inadla məşq edir. Quram əsl kapitandı, biz ona yalnız “sağ ol” deyə bilərik”.