"Ayın qolu"nun qalibi mükafatlandırıldı

20.12.2025 20:06 6
Ölkə futbolu
Misli premyer-liqasında "Ayın qolu" layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Zirə"nin futbolçusu Leroy Mikels mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Təltifetmə mərasimi 16-cı turun "Zirə" – "İmişli" qarşılaşmasından öncə baş tutub. Mükafatı futbolçuya PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.