2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı

15.12.2025 16:23 16
Ölkə futbolu
2-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan "Şəmkir"in futbolçusu Ceyhun Rəcəbli mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mükafatı 13-cü turun "Şəmkir" - "Quba" qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.