1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı

16.05.2025 18:58 11
Ölkə futbolu
1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun MOİK - "Mingəçevir" oyunundan əvvəl verilib.

Mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.